"Bizi “Dnepr”lə ağır oyun gözləyir”. Teleqraf.com-un məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
Gənc çalışdırıcı sabah Avropa Liqasının qrup mərhələsinin III turunda səfərdə “Dnerp”lə oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb: “Ukraynanın liderinə qarşı oynayacağıq. Bu matç üçün həddindən artıq hazırlaşmışıq. Rəqibi yaxından tanıya bilmərik, lakin sabah onları canlı olaraq meydanda görəcəyik. “Dnepr” bizə yad rəqib deyil. Ukrayna futbolunu yaxından birlirik.
Əvvəlki illərdən fərqli olaraq, bu komandada xeyli sayda ustalıq səviyəsi yüksək olan legionerlər çıxış edir. Maraqlı matç keçəcək və sona qədər mübarizə aparacağıq. Komandalara nəzər salsaq, “Dnepr” qrupun favoritlərindən biridir. Bu qarşılaşma bizim üçün ən azından böyük təcrübə olacaq. Yaxşı nəticə əldə etmək üçün əlimizdən gələni əsirgəməyəcəyik”.