Türkiyə Super Liqasının 18-ci turu çərçivəsində "Beşiktaş" "Qalatasaray"ı qəbul edib.
Teleqraf.com-un məlumatına görə, oyun meydan sahibinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda qolları Josef (79-cu dəqiqə) və J.Nkudu (90+1-ci dəqiqə) vurublar.
Bundan əlavə, oyunun 58-ci dəqiqəsində "Qalatasaray"ın oyunçusu M.Diane qırmızı vərəqə alaraq meydandan qovulub.
Qeyd edək ki, 18 turdan sonra "Beşiktaş" 38 xalla birinci yerdə, "Qalatasaray" isə 33 xall dördüncü yerdə qərarlaşıb