"Bavariya"nın futbolçusu Jerom Boatenqin keçmiş sevgilisi model Kasia Lenhardt evində ölü tapılıb.
Teleqraf.com xəbər verir ki, meyitin üzərində zorakılıq əlamətinə rast gəlinməyib.
Qeyd edək ki, bundan əvvəl Boatenqin keçən həftə sevgilisi ilə 15 aylıq münasibətinə son verdiyi xəbərləri yayılmışdı. Almaniyanın "Bild" nəşri isə Lehnhardtın yanvar ayında Boatenqin avtomobilində qəza keçirdiyi və həmin vaxt onun qanında alkaqol aşkarlandığı haqda yazmışdı.