13 Mart 2021 22:16
554
12 Punto 14 Punto 16 Punto 18 Punto

Macarıstanın paytaxtı Budapeştdə keçirilən sablya üzrə Dünya Kubokunda kişi və qadınların şəxsi yarışında əsas mərhələyə start verilib.

Teleqraf.com-un məlumatına görə, Anna Başta 1/32 finalda yerli idmançı Kira Keszeylə üz-üzə gəlib. Rəqibinə 15:4 hesabı ilə qalib gələn qılıncoynadan 1/16 finalda fransalı Brunet Manona 6:15 hesabı ilə uduzub.

Digər sablyaçı Valeriya Bolşakov 1/32 finalda Rusiya təmsilçisi Olqa Nikitinaya 6:15 hesabı ilə məğlub olub.

Qeyd edək ki, Azərbaycan Dünya Kubokunda 4 idmançı ilə təmsil olunub. Digər iki idmançı əsas mərhələyə vəsiqə qazana bilməyib. Martın 14-də Azərbaycan millisi komanda yarışında qüvvəsini sınayacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər