“Atletiko”nun hücumçusu Mussa Dembele komandasının məşqi zamanı halı qəfil pisləşib.
Teleqraf.com xəbər verir ki, hazırlıq zamanı fransız futbolçunun ürəyi gedib.
Həkimlərin ilkin müdaxiləsindən sonra 24 yaşlı oyunçunun məşqi davam etdirməsi mümkün olmayıb və o, təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb.
Madrid təmsilçisi Dembelenin səhhətinin qaydasında olduğunu açıqlayıb
Mussa Dembele “Atletiko”ya bu ilin əvvəlində Fransanın “Olimpik” (Lion) klubundan transfer edilib.