11 Aprel 2021 01:31
413
12 Punto 14 Punto 16 Punto 18 Punto

Futbol üzrə İtaliya A Seriyasınının 30-cu turunun növbəti oyunu keçirilib.

Teleqraf.com xəbər verir ki, “Milan” klubu səfərdə “Parma”nın qonağı olub. Görüş “Milan”nın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Milanlıların heyətində Ante Rebiç, Frank Kessi, “Parma”dan isə Rikardo Gagliolo fərqləniblər.

Bu qələbə nəticəsində xalını 63-ə çatdıran “Milan” ikinci yerdədir. “Parma” isə 20 xalla 19-cu yerdə qərarlaşıb.


Müəllif: Teleqraf.com