Futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinin ilk oyunlarına yekun vurulub.
Teleqraf.com-un məlumatına görə, günün son matçında "Qarabağ" səfərdə "Sumqayıt"la qarşılaşıb. Görüş qolsuz bərabərliklə başa çatıb.
Günün ilk oyununda isə "Zirə" səfərdə "Keşlə"yə 2:1 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, cavab qarşılaşmaları aprelin 29-da olacaq.