2 May 2021 01:04
411
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan gimnastları Hüseyn Abbasov və Maqsud Maqsudov Rusiyanın Soçi şəhərində keçirilən batut gimnastikası, tamblinq və ikili minibatut üzrə Avropa çempionatının finalına yüksəliblər.

Teleqraf.com xəbər verir ki, gimnastlarımız yarışların üçüncü günündə gənclər arasında batut üzərində sinxron hərəkətlərdə çıxış ediblər. Onlar 87,62 xal toplayaraq təsnifat mərhələsində birinci yer tutublar.

Qeyd edək ki, 23 ölkədən idmançıların iştirak etdiyi Avropa çempionatına mayın 2-də yekun vurulacaq.


Müəllif: Teleqraf.com