Şimali Makedoniyanın paytaxtı Skopyedə 23 yaşadək güləşçilər arasında Avropa çempionatı start davam edir.
Teleqraf.com xəbər verir ki, bu gün sərbəst güləşçilərin mübarizəsinə yekun vurulub.
AVRO-2020: Almaniya yığmasına 26 futbolçu çağırılıb
Azərbaycan millisinin heyəti açıqlanıb
İngiltərə Futbol Assosiasiyası Superliqadan çıxan klubları dəstəkləyib
İlk medal günündə 4 dəfə fəxri kürsüyə yüksələn Azərbaycan millisinin aktivinə daha 3 mükafat əlavə olunub.
Komandamızın heyətində Orxan Abasov (86 kq) finalda Amanula Rasulovla (Rusiya) üz-üzə gəlib. Rəqib 3:1 hesabı ilə qələbə qazandığından təmsilçimiz gümüş medalla kifayətlənib.
Onun kimi, Osman Nurməhəmmədov (92 kq) da məğlubiyyətə üzülüb. Güləşçimiz finalda Erhan Yaylacı (Türkiyə) ilə bacarmayıb (3:4) və 2-ci yeri tutub.
Digər güləşçilərimizdən Əşrəf Aşırov (74 kq) təsəlliverici qarşılaşmada Lukas Kanta (Almaniya) qalib gəlsə də (11:0), bürünc medal görüşündə Vladimir Qamkrelidzeyə (Gürcüstan) uduzub - 1:3.
Günün medal görüşündə yeganə qələbəmizi Vahid Qalayev (125 kq) qazanıb. O, 3-cü yer uğrunda görüşdə Paris Karepiyə (Almaniya) 5:0 hesabı ilə qalib gəlib.
Beləliklə, sərbəst güləşçilərimiz Avropa çempionatını 1 qızıl, 3 gümüş və 3 bürünc medalla bitirib. Daha öncə Cəbrayıl Hacıyevin (70 kq) çempion tituluna layiq görülüb. Əliabbas Rzazadə (57 kq) gümüş, Zirəddin Bayramovla (65 kq) İslam İlyasov (97 kq) bürünc medala sahib olub.
Qeyd edək ki, mayın 21-23-də yunan-Roma güləşçilərimiz qüvvəsini sınayacaqlar.