13 İyun 2021 22:04
468
12 Punto 14 Punto 16 Punto 18 Punto

AVRO-2020-nin İngiltərə - Xorvatiya oyununda (1:0) xoşagəlməz hadisə yaşanıb.

Teleqraf.com xəbər verir ki, azarkeşlərdən biri ağır xəsarət alıb.

Hadisə oyunun əvvəlində baş verib. Gözlənilmədən ayaqları yerdən ayrılan azarkeş tribunadan yerə yıxılıb, başı yerə dəyib və huşunu itirib. Stadion əməkdaşları da hadisə yerinə çox gec yetişib.

Qeyd edək ki, azarkeşin hadisədən sonrakı durumu dəqiqləşdirilməyib.


Müəllif: Teleqraf.com