3 İyul 2021 01:36
470
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyanın Münxen şəhərində AVRO-2020-nin 1/4 final mərhələsinin ikinci görüşündə Belçika İtaliya ilə qarşılaşıb.

Teleqraf.com xəbər verir ki, İtaliya 31-ci dəqiqədə Nikolo Barella ilə hesabı açıb.

Oyunun 44-cü dəqiqəsində Lorentso İnsinye ikinci qolu vurub. 45+1-ci dəqiqədə isə Romelu Lukaku 11 metrlik zərbə ilə fərqi birə endirib.

İlk hissədə vurulan qollar sayəsində İtaliya meydandan qalib ayrılıb. Bununla da İtaliya yarımfinalda Londonda İspaniya ilə qarşılaşacaq.

Qeyd edək ki, iyulun 3-də Bakı Olimpiya stadionunda Çexiya-Danimarka matçı keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər