Azərbaycanın yunan-Roma güləşçisi Nihat Məmmədli Almaniyanın Dortmund şəhərində keçirilən gənclərin Avropa çempionatına qələbə ilə başlayıb.
Teleqraf.com xəbər verir ki, 60 kq çəki dərəcəsində çıxış edən idmançı 1/8 final mərhələsində Ermənistan təmsilçisi Davit Jotyanla üz-üzə gəlib.
Rəqibini 3:1 hesabı ilə üstələyən Məmmədli növbəti raunda vəsiqə əldə edib.
Qeyd edək ki, bu gün yunan-Roma güləşçilərindən Həsrət Cəfərov (67 kq), Xasay Həsənli (72 kq) və Murad Əhmədəliyev (82 kq) də mübarizəyə qoşulub.