7 Noyabr 2014 12:38
915
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın futbol üzrə millisinin yeni baş məşqçisi əcnəbi olacaq.

Trend-in məlumatına görə, bunu cümə günü jurnalistlərə AFFA prezidenti Rövnəq Abdullayev deyib.

Onun sözlərinə görə, orta səviyyəli məşqçi ilə bir illik müqavilə bağlanacaq, bu yoxlanışdan sonra qərar veriləcək: "Belə bir məsəl var, atları yarı yolda dəyişməzlər. Berti Foqts bizi pis vəziyyətdə qoydu. Yarı yolda qoyub getdi. İndi yeni baş məşqçi ilə bağlı fikirləşirik".

"Qarabağ"- "Dnepr" oyununu şərh edərkən isə R.Abdullayev deyib ki, "Qarabağ" yaxşı oynadı, sadəcə bəxti gətirmədi.


Müəllif:

Oxşar xəbərlər