"Qızıl medal qazandığım üçün şadam. Bayrağımızı yüksəklərdə dalğalandırdım".
Teleqraf.com-un məlumatına görə, bu fikirləri Tokio-2020 Yay Paralimpiya Oyunlarında qızıl medal əldə edən Azərbaycanın para-üzgüçüsü Vəli İsrafilov Bakıdakı qarşılanma zamanı jurnalistlərə açıqlamasında deyib.
100 metr məsafəyə brass üsulu ilə üzmə yarışında bütün rəqiblərini geridə qoyan idmançı medalını Qarabağ əlillərinə və şəhidlərə həsr etdiyini bildirib: "Valideynlərimə, məşqçilərimə təşəkkür edirəm. Prezident İlham Əliyevə də təşəkkürümü bildirirəm ki, bizim üçün hər şəraiti yaradıb".