Türkiyə millisinin keçmiş baş məşqçisi Şenol Günəş ölkədən kənarda fəaliyyət göstərmək niyyətindədir.
Teleqraf.com türk mediasına istinadla xəbər verir ki, Şenol Günəş Türkiyə superliqasında oynayan komandalardan gələn təklifləri qəbul etməyib.
2002-ci ildə Yaponoyada keçirilən Dünya çemponatında Türkiyə yığmasını 3-cü yerə çıxaran Şenol Günəş o zaman Uzaq Şərqdə populyarlıq qazanmış, 2007-2009-cu illərdə Cənubi Koreyanın "Seul" komandasına baş məşqçilik etmişdi.
Onun yenidən Uzaq Şərq klublarından birinə getmək istədiyi xəbər verilir.
Xatırladaq ki, sentyabrın 7-də Türkiyə millisi DÇ-2022-nin seçmə oyununda Niderlanda 1:6 hesabı ilə uduzmuş, bundan sonra baş məşqçi Şenol Günəş istefa verməli olmuşdu.