UEFA "Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyevlə bağlı paylaşım edib.
Teleqraf.com-un məlumatına görə, Konfrans Liqasının rəsmi tviter səhifəsində 27 yaşlı qolkiperin Qazaxıstanda "Kayrat"a qarşı qrup oyununda komandasını qoldan xilas etdiyi epizodun videosu yayımlanıb.
Paylaşıma "Şahrudin Məhəmmədəliyevin refleksləri" başlığı yazılıb.
"Kayrat" - "Qarabağ" qarşılaşması Ağdam klubunun 2:1 hesablı qələbəsi ilə başa çatmışdı.
Qeyd edək ki, pley-offa vəsiqəni təmin etmiş "köhlən atlar" H qrupundakı növbəti matçını noyabrın 25-də Bakıda Kipr "Omoniya"sına qarşı keçirəcək. Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq görüş saat 21:45-də başlanacaq.