17 Noyabr 2014 09:40
1 452
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün “Avro-2016”nın seçmə mərhələsində Türkiyə ilə Qazaxıstan oyunu öncəsi xoşagəlməz hal yaşanıb.

Teleqraf.com "Hürriyet"ə istinadən xəbər verir ki, oyunan əvvəl isinmə hərəkəti edən Türkiyə millisinin əsas qapıçısı Vokan Dəmirəl bir qrup azarkeş tərəfindən təhqir edilib. Bunu eşidən V.Dəmirəl azarkeşlərə doğru irəliləyərək onlara xəbərdarlıq edib. Lakin bunun fayda vermədiyini görən qapıçı dəyişdirilməsini istəyib. Bundan sonra isə stadionu tərk edərək evinə yollanıb.

Onu Volkan Babacan əvəzləyib.

Türkiyə millisinin çalışdırıcısı oyundan sonra açıqlamasında V.Dəmirəlin hərəkətinə haqq qazandırmaq üçün onun həm də zədəli olduğunu vurğulayıb.

Qeyd edək ki, Türk Futbol Qurumu futbolçunun bu hərəkətinin ona baha başa gələcəyini bildirib. Volkanın 2aydan 1 ilə qədər men cəzası veriləcəyini bildirib.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər