Futbol üzrə Avropa Super Liqası layihəsi 2022-ci ildə geri qayıda bilər.
Teleqraf.com xəbər verir ki, İspaniyanın "Real Madrid", "Barselona" və İtaliyanın "Yuventus" klubu cari ildə turnirə başlamaq imkanını müzakirə edir.
Qeyd edək ki, "Barselona", "Real Madrid" və "Yuventus"un təsis etdiyi Superliqada İngiltərənin "Mançester Yunayted", "Mançester Siti", "Liverpul", "Arsenal", "Çelsi" və "Tottenhem", İspaniyanın "Atletiko", İtaliyanın "Milan" və "İnter" komandaları da iştirakını təsdiqləmişdi. Lakin sonradan 9 klub layihədən imtina edib.