10 Yanvar 00:26
267

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin qış idman növləri üzrə milli komandasının üzvləri Mehman Ramazanzadə (kross-kantri) və Daşqın Abbasov (dağ xizəyi) baş məşqçi Məhəmməd İsmayılovun rəhbərliyi altında 23 yanvar 2022-ci il tarixlərində Norveçin Lillehammer şəhərində keçiriləcək Dünya çempionatında iştirak edəcəklər.

Komitədən Teleqraf.com-a verilən məlumata görə, yarış Pekin-2022 Qış Paralimpiya Oyunlarında iştirak üçün lisenziya xalı qazandırır. Qeyd edək ki, Qış Paralimpiya Oyunları 04-13 mart 2021-ci il tarixlərində Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərində keçiriləcək.


Müəllif: Teleqraf.com