12 May 2022 23:27
840
12 Punto 14 Punto 16 Punto 18 Punto

2022-ci il Formula 1 yarışlarına hazırlıq çərçivəsində Muzey Mərkəzi yaxınlığında, trekin ərazisinə daxil olan hissədə aparılan təmir işləri ilə bağlı bu gecə saat 00:00-dan etibarən Neftçilər prospektində nəqliyyatın hərəkəti dayandırılacaq.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən Teleqraf.com-a verilən məlumata görə, bununla əlaqədar hərəkət iştirakçılarından Azneft dairəsindən alternativ yollardan istifadə etmələrini xahiş olunur.

Əməliyyat Şirkəti şəhər sakinlərinə anlayışlarına görə təşəkkür edir.


Müəllif: Teleqraf.com