23 May 2022 14:41
611
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hər kəs idmanda yeni uğurlar əldə etmək istəyir. Biz gənc olanda hamımız arzu edirdik ki, "Neftçi"nin futbolçusu olaq. Mən də bunu qarşıma məqsəd qoymuşdum və nail ola bildim.

Teleqraf.com xəbər verir ki, bunu Gənclər və İdman Nazirliyinin “Məşqçilərimizi tanıyaq” layihəsi çərçivəsində “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov idman ictimaiyyəti ilə görüşündə deyib.

Əldə etdiyi uğurlardan söz açan əməkdar məşqçi bildirib ki, kiçik uğurlar böyük uğurların təməlini qoyur: "Karyeramda çox maraqlı anlar olub. Bakıda Norveçin "Riçard" klubu ilə olan oyununa çox böyük istək, həyəcanla hazırlaşmışdım. Əvvəlcədən bilirdik ki, stadion dolu olacaq. Hamı bizim şəhidlərimizdən, məcburi köçkünlərimizdən danışırdı, bizdən qələbə gözləyirdi. Məşqçilik təcrübəm bir o qədər də çox olmasa da, oyuna böyük əzmlə hazırlaşmışdıq. Həmin oyun, həmin qalibiyyət düşünürəm ki, futbol karyeramda ən böyük uğurdur. İnsanların sevincini ogünkü kimi görməmişəm".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər