7 İyul 2022 14:20
708
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanlı döyüşçü Nəriman Abbasov dünyanın ən məşhur döyüş təşkilatı olan UFC ilə müqavilə imzalayıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakıda keçirilən mətbuat konfransında idmançı özü bu barədə məlumat verib. Bununla da Nəriman Abbasov UFC bayrağı altında döyüşəcək ilk azərbaycanlı kimi tarixə düşüb.

Onun sözügedən turnirdəki debüt qarşılaşması bu il sentyabrın 6-da braziliyalı İsmael Bonfimə qarşı olacaq.

UFC döyüşləri sırasında Həbib Nurməhəmmədov və Konor Makqreqorun döyüşü ilə uzun müddət gündəmi zəbt etmişdi.


Müəllif: Teleqraf.com