28 İyul 2022 12:19
480
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Neftçi"nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Bakıda Kiprin "Aris" klubu ilə keçirəcəyi cavab oyununa indiyədək satılmış biletlərin sayı bəlli olub.

"Ağ-qaralar"ın mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, qarşılaşma üçün 7 minə yaxın bilet alınıb.

Matçın keçiriləcəyi "Bakcell Arena" 11 min azarkeş tutumuna malikdir.

Qeyd edək ki, bu gün oynanılacaq görüş saat 21:00-da başlayacaq. İlk qarşılaşmada Azərbaycan təmsilçisi 0:2 hesabı ilə məğlub olub.


Müəllif: Teleqraf.com