13 Avqust 2022 20:03
678
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında növbəti qızıl medalı qazanıb.

Teleqraf.com xəbər verir ki, bu dəfə qızıl medal bədii gimnastika üzrə qrup hərəkətlərindən ibarət milli komandadan gəlib. Onlar bütün rəqiblərini geridə qoyuraq yarışmanın qızıl medalına sahib olublar.

Qeyd edək ki, bu Azərbaycanın İslamiadadakı 13-cü qızıl medalıdır.

***

Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəylik Oyunlarında Azərbaycan 12-ci qızıl medalını qazanıb.

Teleqraf.com xəbər verir ki, 67 kq çəki dərəcəsində yer alan yunan-Roma güləşçisi Həsrət Cəfərov finalda qırğızıstanlı Amantur İsmayılova 3:1 hesabı ilə qalib.

Bu, Azərbaycanın güləşdə 8-ci, ümumilikdə 12-ci qızıl medalıdır.

***

Azərbaycan Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəylik Oyunlarında 10-cu qızıl medalını qazanıb.

Teleqraf.com xəbər verir ki, Jalə Əliyeva (57 kq) finalda Ester Kolavoleyə (Nigeriya) 14:6 hesabı ilə qalib gələrək qızıl medalı əldə edib.

***

Azərbaycanın daha bir güləşçisi Jalə Əliyeva Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəylik Oyunlarında finala yüksəlib.

Teleqraf.com xəbər verir ki, o, yarımfinalda türkiyəli rəqibi Elvira Kamaloğlu üzərində 9:6 hesablı əzmkar qələbə qazanaraq bu nailiyyətə imza atıb.

Beləliklə, Bakı vaxtı ilə saat 18:30-dan etibarən start götürəcək final görüşlərində Murad Məmmədov (60 kq), Həsrət Cəfərov (67 kq), Sənan Süleyamanov (77 kq) və Jalə Əliyeva (57 kq) final görüşlərinə çıxacaq. Məhəmməd Əhmədiyev (87 kq) və Sabah Şəriəti (130 kq) isə bürünc medal üçün mübarizə aparacaq.

Hər iki idmançı yarımfinalda müvafiq olaraq özbəkistanlı Jalqasbay Berdimuradova 0:8 və türkiyəli Osman Yıldırıma 1:3 hesabı ilə uduzub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər