25 Sentyabr 2022 12:11
868
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beş çəki dərəcəsində keçmiş dünya çempionu Floyd Meyvezer yaponiyalı MMA döyüşçüsü Mikuru Asakura ilə şou xarakterli boks qarşılaşmasında üz-üzə gəlib.

Teleqraf.com xəbər verir ki, ABŞ təmsilçisi ikinci raundda rəqibini nokautla məğlub edib.

Bu, 45 yaşlı idmançının şou xarakterli görüşlərdə dördüncü qələbəsi olub.

Qeyd edək ki, Floyd Meyvezer 2017-ci ildə irlandiyalı Konor Makqreqora qalib gələrək peşəkar boks karyerasını başa vurub.


Müəllif: Teleqraf.com