9 Oktyabr 2022 22:55
862
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan “Olimpiakos” Yunanıstan Super Liqasında növbəti oyununu keçirib.

Teleqraf.com-un məlumatına görə, Pirey təmsilçisi VII turda səfərdə OFİ klubu ilə qarşılaşıb. Görüş qonaqların əzmkar qələbəsi ilə başa çatıb - 2:1

Hesabı 40-cı dəqiqədə meydan sahibləri açıblar. Andreas-Rixardos Ntoi topu öz qapısından keçirib. 58-ci dəqiqədə Qarri Rodriges tarazlığı bərpa edib. 81-ci dəqiqədə isə Sedrik Bakambu komandasının qələbə qolunu vurub.

Bu nəticədən sonra xallarını 14-ə çatdıran “Olimpiakos” turnir cədvəlində 2-ci pilləyə yüksəlib.

Qeyd edək ki, “Qarabağ” Avropa Liqasının qrup mərhələsinin III turunda Yunanıstanda “Olimpiakos”u 3:0 hesabı ilə darmadağın edib. Komandalar IV turda Bakıda üz-üzə gələcəklər. Oktyabrın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 20:45-də başlayacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər