28 Oktyabr 2022 10:46
618
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu, heç də uğursuzluq deyil. Futbolda udmaq da, uduzmaq da var. Bu həm də bir şans oyunudur. Əslində komandamız Avropada gözəl bir oyun oynadı. Göstərdik ki, biz də futbolu bilirik.

Bu sözləri Teleqraf.com-a “Qarabağ” (Azərbaycan) - "Nant” (Fransa) oyununun nəticələrini (1-2) şərh edən Milli Məclisin deputatı Aqil Abbas deyib.

O hesab edir ki, bu oyunda sadəcə şansımız gətirmədi: “Amma gözəl bir oyun oynadıq. İnşallah, Bakıda almanlara (“Frayburq” FK) qarşı gözəl bir oyun oynayıb pley-offa çıxacağıq. Sözsüz ki, ötən gecəki oyunda bir neçə qol epizodlarımız qolla nəticələnmədi, ona görə də, günahkar axtarmağa ehtiyac yoxdur. Komandamızın baş məşqçisi Qurban Qurbanov da futbolçuların oyunundan razı qaldığı deyib. Bu, futboldur və həmişə udmaq olmur”.

Aqil Abbas “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyevlə bağlı səslənən fikirlərə də münasibət bildirib: “Şahruddin oyunda bir neçə top çıxardı. İndi bir səhvə görə oyunçunu linç etmək düzgün deyil. Şahruddində hərdən belə şeylər olur... Əslində onu daha da ruhlandırmaq lazımdır. Bir neçə dəfə real qolların qarşısını aldı”.

Qeyd edək ki, ötən gecə Avropa Liqasının qrup mərhələsində V turun oyunlarına start verilib. Səfərdə “Qarabağ” (Azərbaycan) “Nant”ın (Fransa) qonağı olub. Fransanın "Bojuar" stadionunda oynanılan oyun ev sahiblərinin 2-1 üstünlüyü ilə başa çatıb.


Müəllif: Tapdıq Qurbanlı