Bu il Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatı ərəfəsində stadionlarında pivə satışı qadağan edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə FIFA-nın rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, satış xüsusi lisenziya verilmiş məkanlarda və fan zonalarda gerçəkləşəcək. Stadionlarda yalnız spirtsiz pivə satılacaq.
Qeyd edək ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək təşkil olunacaq.