28 Noyabr 2022 00:43
705
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qətərdə keçirilən dünya çempionatının E qrupunun ikinci turunda İspaniya yığması Almaniya millisi ilə qarşılaşıb.

Teleqraf.com-un məlumatına görə, görüş 1:1 hesablı bərabərliklə başa çatıb.

Matçın 62-ci dəqiqəsində Alvaro Morata İspaniyanı hesabda önə çıxarıb. 83-cü dəqiqədə isə Niklas Füllkrüq Almaniyanın bərabərlik qoluna imza atıb.

Bu nəticə ilə xallarının sayını 4-ə yüksəldən İspaniya yığması qrupda ilk pillədəki yerini qoruyub.

Hərəsinin 3 xalı olan Yaponiya və Kosta Rika uyğun olaraq 2 və 3-cü yerləri bölüşüblər.

Almaniyanın isə 1 xalı var və sonuncu pillədə qərarlaşıb.

Qrupun son oyunlarında Almaniya Kosta Rika, Yaponiya isə İspaniya ilə qarşılaşacaq.

***

Qətərdə keçirilən dünya çempionatının E qrupunun ikinci turunda İspaniya yığması Almaniya millisi ilə qarşılaşır.

Görüşdə hesab bərabərləşib.

Qarşılaşmanın 83-cü dəqiqəsində Füllkrüq Almaniyanın cavab qolunu vurub.

***

Qətərdə keçirilən dünya çempionatının E qrupunun ikinci turunda İspaniya yığması Almaniya millisi ilə qarşılaşır.

Teleqraf.com-un məlumatına görə, görüş saat 23:00-da start götürüb.

21:40

Qətərdə keçirilən dünya çempionatının E qrupunun ikinci turunda üz-üzə gələcək İspaniya və Almaniya yığmalarının start heyətləri açıqlanıb.

Komandalar matça aşağıdakı “11-lik”lərlə başlayacaqlar:

Almaniya: Manuel Noyer, Tilo Kerer, Niklas Süle, Antonio Rüdiger, David Raum, Coşua Kmmix, Leon Qoretska, Cama Musiala, İlkay Gündoğan, Serj Qnabri, Tomas Müller

İspaniya: Unay Simon, Dani Karvahal, Rodri, Emerik Lyaport, Jordi Alba, Qavi, Serxio Busgets, Pedri, Marko Asensio, Dani Olmo, Ferran Torres

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər