14 Dekabr 2014 05:31
1 118
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Qarabağ”ın “İnter” üzərində əldə etdiyi qələbənin qeydə alınmaması dünyanın aparıcı idman agentlikləri və saytlarının əsas xəbərinə çevrilib.
Bunun səbəbləri barədə müzakirələr hələ də davam edir və əcnəbi jurnalistlər birmənalı şəkildə qeyd edirlər ki, “Qarabağ”a qarşı görünməmiş haqsızlığa yol verilib.
Derbi.az xəbər verir ki, həmkarlarımızın apardığı araşdırma nəticəsində məlum olub ki, “Qarabağ”ın ədalətsizliklə üzləşdiyini erməni idman saytları da yazır. Diqqətçəkən məqam odur ki, bu xəbərlərdə komandanın adı təmsil etdiyi ölkənin adı ilə yanaşı çəkilir. Əvvəllər “Qarabağ”la bağlı UEFA xəbərlərindən belə ölkəmizin adını çıxaran erməni saytları artıq komandamızı “Qarabağ”-Azərbaycan” kimi təqdim edir. Görünür ermənilər anlamağa başlayıblar ki, xəbərlərdən silməklə dünyanın böyük idman arenalarının yuxarı başında yazılan QARABAĞ-AZƏRBAYCAN həqiqətini gizlətmək, inkar etmək mümkün deyil.
Armfootball.com, news.am kimi saytlar “Qarabağ”ın üzləşdiyi haqsızlığa görə UEFA-ya şikayət edəcəyinə dair xəbərləri də yayımlayıblar. Qurban Qurbanovun fotoları ilə yayımlanan bu xəbələrdə də qeyd olunur ki, Azərbaycan klubunun italyanların qapısından keçirdiyi qol çexiyalı hakim tərəfindən qeydə alınmayıb.

Müəllif:

Oxşar xəbərlər