17 Dekabr 2022 21:00
652
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qətərdə keçirilən dünya çempionatında bürünc medal uğrunda Xorvatiya-Mərakeş oyunu başa çatıb.

Teleqraf.com xəbər verir ki, qarşılaşma Avropa təmsilçisinin 2:1 hesablı qələbəsi ilə bitib.

Xorvatiya yığmasında qolları 7-ci dəqiqədə Yosko Qvardiol, 42-ci dəqiqədə Mislav Orşiç vurub. Afrikalıların heyətində Əşrəf Dari 9-cu dəqiqədə fərqlənib.

Beləliklə, Xorvatiya seçməsi tarixində ikinci dəfə mundialın bürünc medalına sahib çıxıb. Milli 1998-ci ildə də eyni uğura imza atmışdı.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər