DÇ-2022-nin qalibi olan Argentina millisinin paytaxt Buenos-Ayresdə çempionluq paradı başlayıb.
Teleqraf.com xəbər verir ki , hazırda ölkədə səhər saatları olmasına baxmayaraq, küçələri dolduran on minlərlə azarkeş mundialın qaliblərini salamlayıb.
Yığma üzvləri xüsusi avtobusla paytaxt küçələrini dolaşaraq, dünya kubokunu nümayiş etdirirlər.
Qeyd edək ki, Argentina millisi Qətərdəki dünya çempionatının finalında Fransa millisinə qalib gəlib.