Argentina millisinin futbolçusu Lionel Messi Qətərdəki dünya çempionatından sonra Fransanın PSJ komandasının ilk oyununu buraxa bilər.
Teleqraf.com xəbər verir ki, 35 yaşlı hücumçu DÇ-2022-nin qalibi olduqdan sonra vətənindədir.
Təcrübəli oyunçu mundialdakı uğuru qeyd etmək niyyətindədir, Paris təmsilçisi isə onu tələsdirmək istəmir. Messinin ilin sonunadək Fransaya qayıdacağı gözlənilir.
Qeyd edək ki, PSJ Liqa 1-in XVI turunda dekabrın 28-də "Strasburq"la üz-üzə gələcək.