18 Dekabr 2014 03:46
877
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pekində başlayan Dünya İntellektual Oyunları çərçivəsində keçirilən kişilər və qadınlar arasında şahmat yarışlarına yekun vurulub. Dünyanın 16 ən güclü şahmatçısının mübarizə apardığı yarışda ölkəmizi Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov təmsil ediblər.

Teleqraf.com Şahmat Federasiyasına istinadən xəbər verir ki, dekabrın 17-də şahmatın bask növü (idmançılar eyni vaxtda iki taxtada müxtəlif rəngli fiqurlarla bir-birinə qarşı mübarizə aparması) üzrə keçirilən yarışlar da başa çatıb.

Yekunda Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov və Fransa şahmatçısı Maksim Vaşe-Laqrav 6 xal toplayaraq 2-4-cü yerləri bölüşdürüblər. Teymur Rəcəbov əlavə göstəricilərə görə, turnirin gümüş medalına layiq görülüb. Maksim Vaşe-Laqrav üçüncü, Ş.Məmmədyarov isə dördüncü yerin sahibi olub. Yarışın qalibi adını aktivinə 7,5 xal yazan Rusiya təmsilçisi İan Nepomniyaşiy qazanıb.

Dünya İntellektual Oyunları çərçivəsində zəka sahibləri sürətli şahmat, blits (T.Rəcəbov bu turnirin bürünc mükafatçısı adını qazanıb) və bask üzrə mübarizə aparıblar.

Daha ətraflı:http://atvxeber.az/news/sport/8674-teymur-recebov-gumus-medal-qazandi
Atvxeber.az saytında yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi vacibidir.


Müəllif:

Oxşar xəbərlər