3 Yanvar 2023 13:45
933
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış portuqaliyalı Kriştianu Ronaldonun Səudiyyə Ərəbistanının “Əl Nəsr” klubu ilə bağladığı müqaviləyə futbolçunun Çempionlar Liqasında (ÇL) oynaması ilə bağlı bənd salınıb.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, iki illik müqavilədə yer alan maddəyə əsasən, İngiltərə klubu “Nyukasl” ən nüfuzlu liqaya vəsiqə qazansa, Ronaldo mövsümün sonunda həmin komandaya icarəyə verilə bilər.

Qeyd edək ki, Ronaldonun müqavilə bağladığı “Əl Nəsr” “Nyukasl” kimi Səudiyyə Ərəbistanının İctimai İnvestisiyasından maliyyələşir.

Ronaldonun klubda təqdimatı bu gün keçiriləcək. Futbolçu ildə təxminən 200 milyon avro alacaq.


Müəllif: Teleqraf.com