16 Aprel 2014 10:19
842
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dortmund “Borussiya”sı türk əslli ulduzu İlkay Gündoğanla yeni müqavilə imzalayıb.

Teleqraf.com xəbər verir ki, yeni müqaviləyə əsasən İlkay 2016-cı ilin iyununa qədər Dortmundda qalacaq.

Futbolçunun əvvəlki müqaviləsi 2015-ci ilin iyununda başa çatırdı.

Bir müddət əvvəl Almaniya mətbuatında yayılan məlumatda bildirilirdi ki, Nuri Şahinin transfer hüququnu əldə etmək üçün “Borussiya” Gündoğanı “Real”a satacaq. Transferin dəyəri 30 milyon avro civarında qiymətləndirilirdi.


Müəllif:

Oxşar xəbərlər