12 Mart 2023 09:21
416
12 Punto 14 Punto 16 Punto 18 Punto

Martın 12-də Azərbaycan idmançıları İvan Tixonov və Nazənin Teymurova Bakıda idman gimnastikası üzrə FIG Dünya Kubokunun finalında çıxış edəcəklər.

Teleqraf.com xəbər verir ki, İvan Tixonov finalda tirdə hərəkətlərdə, Nazənin Teymurova sərbəst hərəkətlərdə çıxış edəcəklər.

İ.Tixonovun rəqibləri İsrail, Misir, Yaponiya, ABŞ, Avstraliya və Xorvatiyadan olan gimnastlar olacaq. N.Teymurova finalda Yaponiya, Türkiyə, İrlandiya, İtaliya, Avstraliya, Yunanıstan və Fransadan olan gimnastlarla mübarizə aparacaq.

Qeyd edək ki, idman gimnastikası üzrə FIG Dünya Kuboku 9-12 mart tarixlərində Bakı şəhərində yerləşən Milli Gimnastika Arenasında keçiriləcək. Yarışlarda dünyanın 48 ölkəsindən 173 gimnast iştirak edəcək ki, bu da ölkəmizdə gimnastika fənləri üzrə keçirilən Dünya Kuboku tarixində iştirakçı ölkələrin sayına görə rekord göstəricidir.

Martın 11-də keçirilən final yarışında Azərbaycan gimnastı Nikita Simonov halqalarda hərəkətlərdə qızıl medal qazanıb.


Müəllif: Teleqraf.com