18 Aprel 2023 21:50
644
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sərbəst güləş üzrə Azərbaycan millisinin lideri Hacı Əliyev Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

Teleqraf.com xəbər verir ki, 70 kq çəki dərəcəsində çıxış edən 32 yaşlı pəhləvan finalda bolqarıstanlı Ramazan Ramazanova 10:3 hesabı ilə qalib gəlib.

Bununla Əliyev karyerasında dördüncü dəfə Avropa çempionluğu tituluna yiyələnib.

Qeyd edək ki, millinin digər üzvü Əliabbas Rzazadə (57 kq) də Xorvatiyadakı Avropa çempionatının qalibi olub.

***

Azərbaycanın sərbəst güləşçisi Əli Rəhimzadə Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında medal qazanmaq şansını əldən verib.

O, 65 kq çəki dərəcəsində bürünc medal uğrunda görüşdə Ukrayna təmsilçisi Erik Aruşanyana 6:7 hesabı ilə məğlub olub.

Qeyd edək ki, millinin digər üzvü Əliabbas Rzazadə 57 kq çəkidə Avropa çempionu olub.

***

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında Azərbaycanın sərbəst güləş yığması ilk medalını qazanıb.

Əliabbas Rzazadə 57 kq çəki dərəcəsində qitə birinciliyinin qalibi olub.

Final görüşündə türkiyəli Süleyman Atlı ilə üz-üzə gələn 25 yaşlı pəhləvan rəqibinə heç bir şans verməyib. Təcrübəli türkiyəli güləşçini vaxtından əvvəl 12:2 hesabı ilə məğlub edən Rzazadə karyerasında ilk Avropa çempionluğunu qazanıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər