21 Aprel 2023 17:55
505
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın 3 yunan-Roma güləşçisi Xorvatiyanın paytaxtı Zaqrebdə davam edən Avropa çempionatında yarımfinala yüksəlib.

Teleqraf.com xəbər verir ki, 55 kq-da çıxış edən Eldəniz Əzizli 1/4 finalda Stefan Qriqorova (Bolqarıstan), 63 kq çəki dərəcəsində yer alan Taleh Məmmədov isə Yakopo Sandrona (İtaliya) hesabı ilə qalib gəlib.

Nəhayət, 130 kq-dakı Sabah Şəriəti 1/8 finalda Dariuş Vitekdən (Macarıstan), 1/4 finalda Alin Kiurariudan (Rumıniya) üstün olub.

77 kq-da yarışan Sənan Süleymanov 1/8 finalda Joltan Levayla (Macarıstan) dueldən məğlub ayrılıb. 87 kq-da mübarizə aparan İslam Abbasov isə ardıcıl olaraq Turpal Maqamadov (Fransa) və Daniel Erreronu (İspaniya) yensə də, 1/4 finalda Ali Cengizlə (Türkiyə) bacarmayıb. Errero və Cengiz finala çıxsalar, Azərbaycan təmsilçiləri təsəlliverici görüşlərə qatılmaq hüququ əldə edəcəklər.

Bu gün həmçinin qadınların mübarizəsində Jalə Əliyeva (57 kq) qızıl, Türkan Nəsirova (53 kq) bürünc medal uğrunda görüşə çıxacaq. Elis Manolova (65 kq) isə təsəlliverici qarşılaşmada uduzduğundan medal şansını itirib.

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Əliabbas Rzazadə (57 kq) və Hacı Əliyev (70 kq) Avropa çempionu olub. Osman Nurmaqomedovla (92 kq) Maqomedxan Maqomedov (97 kq) gümüş, Abubakr Abakarov (86 kq) və Georgi Meşvildişvili (125 kq) isə bürünc medal qazanıb. Qadınlarda isə Mariya Stadnik Avropa çempionu olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər