"Sabah" və "Beşiktaş" klubları arasında keçirilən xeyriyyə oyunu başa çatdı.
Teleqraf.com xəbər verir ki, qarşılaşma 3:3 hesabı ilə yekunlaşıb.
"Beşiktaş"ın heyətində 24 və 44-cü dəqiqələrdə Umut Meraş, 63-cü dəqiqədə penaltidən Cenk Tosun fərqlənib.
"Sabah"ın qollarını 3-cü, 5-ci dəqiqələrdə Aleksey Kaşuk, 70-ci dəqiqədə Davit Volkov vurub.
Qeyd edək ki, görüşdən əldə olunacaq bütün gəlirlər Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.
***
"Sabah" və "Beşiktaş" oyununda Azərbaycan təmsilçiləri hesabı bərabərləşdirib.
Teleqraf.com xəbər verir ki, 70-ci dəqiqədə Davit Volkov fərqlənib.
Hazırda oyunda hesab 3:3-dür.
***
Bakıda "Sabah" və Türkiyənin "Beşiktaş" klubları arasında baş tutan xeyriyyə oyununda növbəti qol vurulub.
Teleqraf.com xəbər verir ki, 63-cü dəqiqədə "Beşiktaş"lı Cenk Tosun penaltini dəqiq yerinə yetirib.
Hazırda oyunda hesab 3:2 "Beşiktaş"ın xeyrinədir.
***
"Sabah" və "Beşiktaş" komandaları arasında xeyriyyə oyununda Türkiyə təmsilçisi hesabı bərabərləşdirib.
Teleqraf.com xəbər verir ki, beşiktaşlı Umuş Meraş oyunda ikinci qolunu vurub.
Azərbaycan təmsilçisi Coy-Lens Mikels penalti fürsətini dəyərləndirə bilməyib.
Hazırda oyunda hesab 2:2 -dir.
***
"Sabah" və "Beşiktaş" növbəti qol vurulub.
Teleqraf.com xəbər verir ki, bu dəfə "Beşiktaş" təmsilçisi Umut Meraş fərqlənib.
O, 23-cü dəqiqədə fərqi azaldıb.
Qeyd edək ki, hazırda oyunda hesab 2:1 "Sabah"ın xeyrinədir.
***
"Sabah" və "Beşiktaş" komandaları arasında baş tutan xeyriyyə oyununda Azərbaycan təmsilçisi iki dəfə fərqlənib.
Teleqraf.com xəbər verir ki, Aleksey Kaşuk 3 və 5-ci dəqiqələrdə "Beşiktaş"ın qapısından top keçirib.
***
Bakıda "Sabah" və Türkiyənin "Beşiktaş" komandaları arasında xeyriyyə oyununa start verildi.
Teleqraf.com xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən Matçı FIFA referisi Tural Qurbanov idarə edir.
Qeyd edək ki, görüşdən əldə olunacaq bütün gəlirlər Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.