Millimizin məşqçilər korpusu Antalyaya gedəcək.
Teleqraf.com AFFA-ya istinadən məlumat verir ki, Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki köməkçiləri ilə birlikdə yanvarın 9-dan 24-dək Türkiyənin Antalya şəhərində hazırlıq keçən klublarımızın məşqlərini və yoxlama oyunlarını izləyəcək.