Türkiyənin “Qalatasaray” futbol komandası tarixində 23-cü dəfə çempion oldu.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, komanda Super Liqanın XXXVI turunda “Ankaragücü” üzərində səfər qələbəsi (4:1) qazanaraq, 2022/2023 mövsümünün qızıl medallarını təmin edib.
Xallarının sayını 82-yə yüksəldən “cim-bom” ən yaxın izləyicisi “Fənərbağça”nı 5 xal qabaqlayır.
Qeyd edək ki, “Qalatasaray”ın son oyunu iyunun 4-də “Fənərbağça” ilə olacaq.