7 Aprel 2014 11:39
883
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliya A seriyasında çıxış edən “Kataniya” mövsümdə 2-ci dəfə baş məşqçisi Rolando Marana ilə yolları ayırıb.

Teleqraf.com xəbər verir ki, belə qərar çempionatın son turunda “Kataniya”nın öz meydanında “Torino”ya məğlub (1-2) olmasından sonra qəbul olunub. Sicciliyalılar 20 xalla turnir cədvəlinin son pilləsində qərarlaşıb. Ötən mövüsüm “Kataniya” Marananın rəhbərliyi altında çempionatda 8-ci yeri tutaraq klub tarixinin ən yaxşı göstəricisinə imza atmışdı.

Ancaq bu mövsümün startında uğursuluq olunca, 9-cu turdan sonra baş məşqçi qovulmuşdu. Ancaq 3 aydan sonra o, yenidən komandanın sükanı arxasına gətirilmişdi.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər