Ermənistan Bakıda keçiriləcək güllə atıcılığı üzrə dünya çempionatında iştirak etmək istəyir.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan milli komandasının baş məşqçisi Seyran Nikoqosyan deyib.
"Biz məktub göndərmişik, cavabı gözləyirik. Heyətə 15 nəfər daxil olacaq", - deyə ölkənin milli komandasının baş məşqçisi Seyran Nikoqosyan bildirib.