ABŞ millisinin hücumçusu Timoti Vea Fransanın "Lill"indən "Yuventus"a keçib.
Teleqraf.com xəbər verir ki, bu barədə İtaliya klubunun mətbuat xidməti məlumat yayıb.
Transferin məbləği 10,3 milyon avro olub, 2,1 milyon avro bonus da nəzərdə tutulub. Müqavilə 2028-ci ilə qədər nəzərdə tutulub. iyun.
23 yaşlı futbolçu Liberiya prezidenti Corc Veanın oğludur.