8 Yanvar 2015 22:30
633
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dekabrın sonunda ötən ilin ən yaxşı futbolçusu sayılan Noyer yanvarın əvvəllərində həm də dünyanın ən yaxşı qapıçısı seçilib.

Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyasının (IFFHS) versiyasına görə, "Bavariya" klubunun çərçivə qoruyucusu Manuel Noyer dünyanın ən yaxşı qapıçısıdır.

Teleqraf.com-un xarici KİV-ə istinadən verdiyi məlumata görə, M.Noyer ötən il qazandığı bu titulu qoruyub. Almaniyalı qapıçı Tibo Kurtua və Keylor Navas kimi oyunçuları geridə qoyub.

Səsvermədə 70 ölkənin jurnalisti iştirak edib.


Müəllif: