12 Yanvar 2015 07:02
632
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə hazırlığını davam etdirən Bakının qadınlardan ibarət “Azəryol” voleybol komandası 2015-ci ilin ilk rəsmi qarşılaşmasına İstanbuldan yollanacaq.

Teleqraf.com xəbər verir ki, Azərbaycan Super Liqasının gümüş mükafatçası Bakıya dönmədən Rumıniyaya səfər edəcək.

Buna səbəb Çempionlar Liqasının dördüncü turu çərçivəsində “Ştiinta” komandası ilə qarşılaşmadır.

Bakı təmsilçisi Rumıniyaya yanvarın 12-də yollanacaq və görüş isə 2 gün sonra keçiriləcək.


Müəllif:

Oxşar xəbərlər