19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit-raunduna hazırlıq məqsədilə müvafiq yaş qrupuna aid Azərbaycan yığması ardıcıl iki təlim-məşq toplanışında olacaq.
Teleqraf.com-un AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, yığmamız fevralın 16-dan 22-dək Finlandiyanin Helsinki, fevralın 23-dən 28-dək isə İrlandiyanın Dublin şəhərlərində hazırlıq keçəcək.
Təlim-məşq toplanışları ərzində 4 yoldaşlıq oyununun keçirilməsi nəzərdə tutulub. Futbolçularımız fevralın 20-də və 22-də finlandiyalı, fevralın 25-də və 27-də isə irlandiyalı həmyaşıdları ilə qarşılaşacaqlar.