27 Noyabr 2023 18:06
622
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qarabağ” “Molde”yə qarşı Norveçdə keçiriləcək oyunda komandanı dəstəkləmək istəyən azarkeşlərə müraciət edib.

Teleqraf.com xəbər verir ki, bu haqda klubun yaydığı açıqlamada bildirilib.

Qeyd edilin ki, UEFA Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda keçiriləcək “Molde” (Norveç) – “Qarabağ” matçında Ağdam təmsilçisinə 737 ədəd bilet ayrılıb. Biletlər oyun günü – noyabrın 30-u yerli vaxtla saat 19:00-dan etibarən “Molde” stadionunun K sektorunun qarşısında satılacaq.

Biletin qiyməti: 400 Norveç kronu (təqribən 17,05 avro) təşkil edir. Bilet almaq istəyən şəxslərdən özləri ilə şəxsiyyəti təsdiq edən sənəd götürmək tələb olunur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər