"Roma" klubunun kapitanı Françesko Totti cəzalandırılacaq.
Qol.Az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, buna italiyalı futbolçunun "Latsio" ilə görüşdə vurduğu qolu selfi çəkərək bayram etməsi səbəb olub.
Tottinin bu hərəkətini idman prinsiplərinə zidd və reklam xarakteri daşıması kimi dəyərləndirən UEFA Hakimlər Komitəsinin təcrübəli futbolçunu cəzalandıracağı bildirilir.
Qeyd edək ki, İtaliya A Seriyasının 18-ci turunda keçirilən "Roma" - "Latsio" oyunu 2:2 hesabı ilə başa çatıb.